Azərbaycan dilində mətnin yığılması qaydaları
Əvvəlki illərdə Azərbaycan dilinin klaviatura düzümü ilə bağlı vahid standartın olmaması istifadəçiləri Rus drayveri altında işləyən və Azərbaycan dilini dəstəkləyən fontlardan istifadə etməyə vadar edirdi. Çünki, Azərbaycan dilinin özünün drayveri hələ yox idi. Lakin bu hal uzun sürə bilməzdi və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya resursları və texnologiyaları mərkəzinin ciddi səyləri nəticəsində Microsoft firmasının Windows 2000 əməliyyat sistemindən başlayaraq versiyaları Azərbaycan dilini (latın və kiril) dəstəkləməyə başladı və standart klaviatura düzümü tətbiq edildi.
Bu o deməkdir ki, əməliyyat sistemində klaviatura dillər bölməsindən təkcə Rus (Ru), Türk (Tr) deyil, həm də Azərbaycan (Az) dilini seçmək olar. Bu zaman Azərbaycan dilində yazmaq üçün "Palatino LinoType" fontunu seçmək lazımdır. Çünki Windows 2000 əməliyyat sistemində yalnız bu şrift standart "ə" hərfini dəstəkləyir. Əgər lazım gəlsə, "Microsoft" firmasının öz səhifəsindən Azərbaycan dilinin"ə" hərfini dəstəkləyən təzə "Arial", "Times New Roman", "Tahoma" və s. kimi fontları da əldə etmək olar. Bu fontlar vasitəsilə Azərbaycan dilində tam sərbəst yazmaq olar. Microsoft firmasının yeni Windows XP əməliyyat sistemində isə artıq demək olar ki, əksər fontlarda Azərbaycan dilində yazmaq mümkündür. Bu səbəbdən Azərbaycanda bütün istifadəçilərin bu standartdan istifadə etməsi daha məqsədə uyğundur.
Klaviatura dillər bölməsində Azərbaycan (AZ) dilini əlavə etmək qaydası.
Windows XP. Əməliyyat sistemi yükləndikdən sonra "Start" menyusundan "Settings" bölməsinə keçib, "Control Panel" menyusuna müraciət olunur. Bu zaman ekranda "Control Panel" pəncərəsi açılır. Burada isə "Regional and Language Options" bolməsinə müraciət olunur. Açılan pəncərədən "Languages" bölməsində "Details" bölməsinə keçib buradan da "Add" düyməsini basılır və açılmış pəncərədən "Azeri Latin" men-yusunu seçilir. "Ok" duyməsini basmaqla bu dil sistemə əlavə edilir. (Şəkil 1).
Windows 2000. Əməliyyat sistemi yükləndikdən sonra "Start" menyusundan "Settings" bölməsinə keçib, "Control Panel" menyusuna müraciət olunur. Bu zaman ekranda "Control Panel" pəncərəsi açılır. Burada isə "Keyboard" bolməsinə müraciət olunur. Açılan pəncərədən "Input Locales" bölməsinə keçib buradan da "Add" düyməsini basılır və açılmış pəncərədən "Azeri Latin" men-yusunu seçilir. "Ok" duyməsini basmaqla bu dil sistemə əlavə edilir.
Əgər siyahıda "Azeri Latin" yoxdursa, onun bu siyahıya əlavə olunmağı üçün "Control Panel"-də "Regional Options --- General --- Language Settings for the system" bolməsində "Turkic" qeyd olunmalıdır.

Şəkil 1
Şəkildən göründüyü kimi pəncərəyə "Az" başlığı ilə "Azeri Latin" adli bölmə gəlir. Bundan sonra artıq (Word, WordPad, Corel və s. Unicode dəstəkləyən istənilən programda) Azərbaycan dilində rahat mətn yığmaq olar. Bunun üçün Windows əməliyyat sisteminin dilləri dəyişmək üçün nəzərdə tutulan programı vasitəsilə "Azeri Latın" dilini seçmək kifayətdir (Şəkil 2).

Şəkil 2
Bunu seçəndən sonra həmin yerdə "Az" yazıldığını görmək olar. (Şəkil 3).

Şəkil 3
Unicode Konvertorlar
MICROSOFT WORD Çeviricisi
Mənbə: http://www.unicode.az
Bu proqram köhnə standart ilə yazılmış Word fayllarını yeni Unicode şriftləri formatına çevirir. Bunun üstün cəhətləri ondan ibarətdir ki, bu sizin Word faylınızın formatını korlamadan çevirmə əməliyyatını yerinə yetirir. Ümumiyyətlə bütün mətnlərinizi bu çevirici vasitəsilə çevirməyi sizə məsləhət görürük.
Yükləmə rejimi: Proqram buradan yükləyə bilərsiniz.
Proqramı əməliyyat sisteminizə yükləmək üçün əldə etdiyiniz ''exe'' faylını işə salın. Bundan sonra qarşiniza çixan pəncərələrdən ''Next'' düyməsi vasitəsilə növbəti pəncərələrə keçin. Və ən nəhayət ''Finish'' düyməsi vasitəsilə yükləmə rejimini başa çatdırın.
Tələb olunanlar: Bütün MsOffice versiyaları (Office97, Office2000, OfficeXP) üçün nəzərdə tutulmuşdur.
Proqramdan necə istifadə edilməsini bilmirsizsə, istifadə qaydasını ilə tanış olun.
İstifadə qaydası
Azərbaycan dilini dəstəkləyən standart şriftlər
Arial
ENDİRMƏK
Times New Roman
ENDİRMƏK
Verdana
ENDİRMƏK